Səbail MKT-nin tenderi büdcəyə nə qədər yük olacaq?backend

Səbail MKT-nin tenderi büdcəyə nə qədər yük olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi müxtəlif təyinatlı malların alınması üzrə tender elan edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 339.660,05 AZN təşkil edir və əsasən işçi geyimləri və təhlükəsizlik avadanlıqlarını əhatə edir. Müqaviləyə əsasən aşağıdakı məhsullar alınacaq:

Fəhlə geyimi – XB materialından hazırlanan pencək və şalvarlı dəstlər, 300 dəst.

Kombinezonlar – qalın, içi sintifon sırıqlı, qış üçün, fosforlu işarələrlə, 150 dəst.

İşarəli jiletlər (fosforlu) – qolsuz, qalın polietilen, içi 160 qr/sm² sintefonlu, qış üçün, 250 ədəd.

Yağmurluqlar – baş hissəni qapayan papaqlı, fosfor yazılı, su keçirməyən, 200 ədəd.

Qış ayaqqabısı – ipli, rezin altlıqlı, sürüşməyə qarşı, 250 ədəd.

Yağışa davamlı uzunboğaz rezin çəkmələr – alt hissəsi sürüşməyə qarşı rezinli, 50 cüt. və sairə alınacaq.