Sebastyan Fettel mövsümün sonunda Ferrari-dən ayrılırbackend

Sebastyan Fettel mövsümün sonunda Ferrari-dən ayrılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərəflər uzun müddət danışıqlar aparsalar da, sonda yollarını ayırmaq qərarına gəliblər.

NOCOMMENT.az F-1.az-a istinadən bildirir ki, danışıqlar zamanı Fettelə bir neçə təklif edilib, amma bu təkliflər müddət və dəyər baxımından almaniyalı sürücünü qane etməyib. Komandanın başçısı Mattia Binotto dəfələrlə dördqat dünya çempionunu komandana saxlamağın prioritet olduğunu bildirsə də, danışıqlar heç bir nəticə verməyib və tərəflər bir qədər əvvəl ayrılığı rəsmən elan ediblər.

Sebastyan Fettel: “Ferrari ilə olan birliyim bu mövsümün sonunda bitəcək. Başa düşdük ki, komandada daha çox qalmağım üçün nə məndə, nə də onlarda istək yoxdur. Ortaq alınan bu qərarda maliyyə məsələləri heç bir rol oynamayıb. Gələcəyim üçün vacib qərarlar verəndə bu haqda düşünmürəm və əsla düşünməyəcəm. Son aylarda baş verənlər hamımızın nələrin daha vacib olduğunu düşünməyimizə imkan yaratdı. Təsəvvür gücümüzdən istifadə edərək dəyişmiş vəziyyətə yeni yanaşmalar tətbiq etməliyik. Gələcəyim üçün nələrin vacib olduğunu düşünmək üçün özümə zaman ayıracağam.

Ferrari-nin Formula1-də xüsusi yeri var və ümid edirəm ki, layiq olduqları uğurları əldə edəcəklər. Son olaraq, bütün Ferrari ailəsinə və dünyanın hər yerindəki “tifozi”lərə illərlə mənə verdikləri dəstək üçün təşəkkür etmək istəyirəm. İndi isə məqsədim Ferrari ilə olan uzun münasibətimizi xoş xatirələrlə tamamlamaqdır – indiyə qədər də birlikdə bunları əldə etmişik”.

Mattia Binotto: “Bu, komandamızın və Sebastyanın ortaq qərarıdır, hər iki tərəf bunun daha yaxşı addım olduğuna inanır. Sebastyanın sürücülüyü və şəxsiyyəti nəzərə alındıqda, bu qərarın verilməsi asan deyildi. Lakin hədəflərimizə çatmaq üçün yollarımızı ayırmaq fikrinə gəldikdə də aramızda dostca münasibətdən başqa bir şey olmadı. Sebastyan artıq Skuderiyanın tarixinə düşüb. Bizimlə 14 yarışı udub və qələbə sayına görə komanda tarixində üçüncü sürücüdür. Bizimlə olduğu 5 il ərzində çempionatı 3 dəfə ilk üçlükdə tamamlayıb, komandanın da Mühəndislər Kubokunda ilk üçlükdə olmasında böyük rol oynayıb.

Bütün əməkdaşlarım adından bu 5 il ərzində nümayiş etdirdiyi yüksək professionallıq və insani keyfiyyətləri, həm də birlikdə keçirdiyimiz gözəl anlar üçün ona təşəkkür etmək istəyirəm. Birlikdə çempion ola bilmədik – bu, Fettelin beşinci titulu olacaqdı. Lakin inanıram ki, önümüzdəki bu qeyri-adi mövsümdə çox şey əldə edə bilərk”.