Şəbnəm Tovuzlu arıqlamaq istədi – Bətnindəki körpəsi tələf oldubackend

Şəbnəm Tovuzlu arıqlamaq istədi – Bətnindəki körpəsi tələf oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Şəbnəm Tovuzlu iyunda üçüncü övladına hamilə olması xəbəri ilə gündəmə gəlmişdi.

Sosial şəbəkədə tez-tez fotolarını paylaşan ifaçının qarnının böyüməməsi izləyicilərin diqqətindən yayınmayıb. Buna görə müğənninin abort etdirdiyi iddia edilib.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı axsam.az-a açıqlama verən Ş.Tovuzlu bunu təsdiqləyib: “Uşaq inkişafdan dayandı. Dördüncü həftəsində tələf etdik. Qismət, alınmadı. İçdiyim arıqladıcı dərmanların təsiri oldu. İndi müalicə alıram. Hamilə qalmaq istəyən xanımlar bu cür dərmanlar içməsin.

Bu, ilk deyil. Bundan əvvəl də hamilə qalmışdım və uşaq tələf oldu. Onda da arıqladıcı dərmanlara görə idi. Son vaxtlar dərman içmirdim. Amma sən demə, neçə ay dərman içməsən də fərqi yoxdur. Gərək müalicə alıb qanından onu təmizlətdirəsən”.

Qeyd edək ki, Şəbnəmin bir qız, bir oğlan övladı var.