Səccadəyə ayaqqabısı ilə addım atdıbackend

Səccadəyə ayaqqabısı ilə addım atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CHP sədri Kılıçdaroğlunun ayaqqabısı ilə səccadəyə ayaq basan fotosu müzakirələrə səbəb olub. Sosial media hesabından açıqlama verən Kılıçdaroğlu namaz xalçasını görmədiyini və peşman olduğunu bildirib.

NOCOMMENT xəbər verir ki, İstanbulda iftar proqramından sonra çəkilən fotoşəkildə Kılıçdaroğlu, CHP İstanbul İl sədri Canan Kaftancıoğlu və bəzi CHP üzvləri iştirak edib.

CHP-dən gələn reaksiyalar üzərinə ilk olaraq fotoşəkillə bağlı açıqlama verildi.

Çəkiliş zamanı yaşanan intensivlik və foto çəkmək istəyənlərin tələsik olması səbəbindən yerdəki namaz xalçasının diqqət çəkmədiyi bildirilib.

CHP sədri Kılıçdaroğlu da sosial media hesabından açıqlama verib.

O, namaz xalçasını görmədiyi üçün çox təəssüfləndiyini bildirib.

Kılıçdaroğlu, “Mən başda millətim olmaqla, dünyada heç kimi incitmək istəmirəm” dedi.