Seçicilərin yarısı erkən SƏS VERDİ: ABŞ-nin 60-cı prezidenti kim olacaq?backend

Seçicilərin yarısı erkən SƏS VERDİ: ABŞ-nin 60-cı prezidenti kim olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də ümumi səsvermənin bu gün başlanmasına baxmayaraq, artıq 82 milyon seçici erkən səs verib.

NOCOMMENT.az xəbər verir ki, bu haqda məlumatı Florida Universitetinin Seçki Prosesləri Laboratoriyası açıqlayıb. Laboratoriyanın məlumatına görə, prezident seçkilərindən öncə səsvermədə 82 milyondan çox insan iştirak edib.

Məlumata əsasən, ABŞ-də erkən səs verənlərin 42,6 milyon nəfəri şəxsən, qalanı isə poçtla səs verib.

Qeyd edək ki, ABŞ-də 168 milyon seçici qeydiyyata düşüb. Bu məlumatlardan görünür ki, artıq seçicilərin yarısı öz seçimini edib. Bu günkü seçkidə isə daha az seçici iştirak edəcək.