Seçki ərəfəsində müxalifət parçalanır, Nikolla separat razılıqbackend

Seçki ərəfəsində müxalifət parçalanır, Nikolla separat razılıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda növbədənkənar parlament seçkisinin dəqiq vaxtının elan edilməsi ilə müxalifət sırasında parçalanma güclənib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, Vətənin Xilası Hərəkatında olan bir sıra partiyalar seçkidə iştirak etməkdən imtina etdiklərini desələr də, bəzi partiyalar artıq təşviqat kampaniyasına başlayıb. Xüsusilə, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın Vətən Partiyası və Qaqik Tsarukyanın Çiçəklənən Ermənistan Partiyası aktivliyini artırıb. Belə ki, hər iki partiya bölgələrdə daha sürətli təbliğata start verib.

Bir sıra partiyaların seçkiqabağı təşviqata başlaması Vətənin Xilası Hərəkatı daxilində narazılığı artırıb. Özəlliklə, hərəkatın lideri Vazgen Manukyan, Daşnaksutyun Partiyası müxalifətin seçkiyə qoşulmasına qarşı çıxıb.

Hərəkatda seçki əleyhdarları artıq seçki tərəfdarlarını təhdid belə etməyə başlayıb. “Qraparak” qəzetinə açıqlama verən keçmiş baş nazir Qrant Baqratyan həm hökumətlə danışıqlar aparılması, həm də baş nazirin istefasını tələb etməyin doğru olmadığını söyləyib. O, bunu edənlərin hərəkata xəyanət etdiyini deyib.

Hərəkatda yer almayan, amma onunla sıx əlaqələrə sahib olan Serj Sərkisyanın Respublikaçılar Partiyasında da bununla bağlı bölünmələr yaşanmağa başlayıb. Partiya lideri seçkiyə qatılmaq istəməsə də, onun fikrini dəstəkləməyənlərin sayı kifayət qədər çoxdur və Serj Sərkisyan bu şəxslərin partiyadan ayrılacağından ehtiyat edir.