Seçkilər nəticəsində Ermənistanı da itirə bilərik – Levon Ter-Petrosyanbackend

Seçkilər nəticəsində Ermənistanı da itirə bilərik – Levon Ter-Petrosyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Seçkilərdən sonra Ermənistanda qarşıdurmaların olacağı istisna deyil. Ayılmaq üçün vaxt gəldi, əks təqdirdə, seçkilər nəticəsində Ermənistanı da itirə bilərik”.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti, Erməni Milli Konqres Partiyasının rəhbəri Levon Ter-Petrosyan jurnalistlərlə görüşündə deyib.

Ter-Petrosyan, ölkənin bu yolu tutacağı təqdirdə bir ildə ikinci məğlubiyyət olacağını vurğulayıb: “Bu seçkilərdə hansı qüvvələrin iştirak etdiyini, nə demək istədiklərini görürük. Bir-birilərinə qarşı müharibə elan ediblər. Hər hansı bir oyunun olacağı gözlənilir. Ayılmaq üçün vaxt gəldi, əks təqdirdə, Qarabağı müharibə nəticəsində itirmiş olsaq da, seçkilər nəticəsində Ermənistanı itirə bilərik. Şişirtmirəm. Vətəndaş toqquşmaları belə olacaq”.

Qeyd edək ki, Ermənistanda iyun ayının 20-də parlament seçkilərinin keçirilməsi planlaşdırılır.
Qafqazinfo.az