Seçkiöncəsi SORĞU: Paşinyan liderliyini qorudu, Köçəryan 2-ci oldubackend

Seçkiöncəsi SORĞU: Paşinyan liderliyini qorudu, Köçəryan 2-ci oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı ictimai sorğular davam etdirilir.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Gallup İnternational şirkətinin apardığı rəy sorğularına əsasən, rəyi soruşulanların 31,7%-i baş nazir Nikol Paşinyanın Mənim addımım blokuna, 5,9%-i eks-prezident Robert Köçəryana, 4,4%-i Qaqik Tsarukyanın sədri olduğu Çiçəklənən Ermənistan partiyasına, 2,7%-i Edmon Marukyanın Maariflənmiş Ermənistan partiyasına, 2,4%-i Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyasına, 2,1%-i Daşnaksutyuna, 1%-i Vazgen Manukyanın Vətənin Xilası Hərəkatına səs verəcəklərini açıqlayıblar.

Rəyi soruşulanların 24,6%-i heç kəsə səs verməyəcəyini, 20%-nin isə hələ seçim etmədiyin vurğulayıb.