Seçkiyə hazırlaşan Paşinyana sürpriz dəstək: Sirr Zəngəzurda çözüldübackend

Seçkiyə hazırlaşan Paşinyana sürpriz dəstək: Sirr Zəngəzurda çözüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çiçəklənən Ermənistan”dan keçmiş deputat, “Albalı Vaan” kimi tanınan iş adamı Vaan Karapetyan Baş nazir Nikol Paşinyanın seçki kampaniyasına qatılıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazıb.

Nəşr bildirib ki, iş adamı dünən Sünikdəki (Zəngəzur) seçki kampaniyası zamanı Paşinyanı müşayiət edib.

Qəzet Karapetyanın hökumətyönlü düşərgədə necə yer aldığını aydınlaşdıra bilməyib. Eyni zamanda, nəşr bundan əvvəl iş adamı ilə hakim “Mənim addımım” blokunun deputatı Ayk Sarkisyan arasındakı mübahisəni xatırladıb.

Qəzetin yazdığına görə, baş naziri “Jermuk Group”un sahibi Aşot Arsenyan və onun çoxdankı rəqibi sayılan iş adamı Suren Balayan da müşayiət edib. Balayan keçmişdə Paşinyan hökumətinin sərt tənqidçisi olsa da, hazırda onun təşviqat kampaniyasına dəstək verdiyi bildirilib.

Qeyd edək ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək. Seçkilərdə 21 partiya və 4 blok iştirak edəcək.