Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində fəaliyyət göstərən “SEDAM” MMC su ölçmə cihazlarının satın alınması ilə bağlı tender elan etmişdi.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma prosesi təchizatçıların sayı üçdən az olduğu üçün ləğv edilib. Qaydaların 36.1.1-ci bəndinə əsasən, tələb olunan lisenziyaya və ya icazəyə malik iştirakçıların minimum sayı təmin edilməyib.
Satınalmanın ehtimal olunan qiyməti 224 min 288,5 manat təşkil edirdi.