Səddam Hüseynin qızından İrana ittiham: Bu, onları cəsarətləndirirbackend

Səddam Hüseynin qızından İrana ittiham: Bu, onları cəsarətləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran bu gün İraqa ona görə asanlıqla müdaxilə edə bilir ki, indi bu ölkədə real hakimiyyət yoxdur”.

NOCOMMENT.az xəbər verir ki, bunu İraqın mərhum lideri Səddam Hüseynin qızı Rəğd Hüseyn deyib.

Onun sözlərinə görə, İraqda real hakimiyyətin olmaması İranı bu ölkəyə müdaxilə etməyə cəsarətləndirir.

O, atasının hakimiyyəti dövrünün “iraqlıların ən fəxr etdiyi illər” olduğunu söyləyib.

Gələcəkdə İraq hakimiyyətinin başına keçib-keçməyəcəyi haqda suala Rəğd Hüseyn belə cavab verib: “Hər şey mümkündür, bununla bağlı bir çox təkliflər verilib”.

Qeyd edək ki, Səddam Hüseynin böyük qızı olan Rəğd 2003-cü ildən İordaniyada yaşayır.
Teleqraf