“Sədərək”dən 30 min oğurluq edən şəxs TUTULDUbackend

“Sədərək”dən 30 min oğurluq edən şəxs TUTULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qardağ rayonunda yerləşən ticarət mərkəzində (“Sədərək”) quldurluq əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Bu barədə NOCOMMENT.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxs – 1991-ci il təvəllüdlü Elnur Əmənov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl şəxsiyyəti istintaqa məlum olmayan şəxs Sədərək Ticarət Mərkəzində sahibkar Şakir Ağayevin başına dəmir alətlə xəsarət yetirib. O, mağazadan 30 min manat pul götürərək qaçıb.