Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Azərbaycanda turizm sahəsində güclü irəliləyişlər əldə olunub. Dünyada quru sərhədlərini bağlayıb, turizmdə “güclü irəliləyiş” əldə etməyi yalnız biz bacarmışıq.
NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli qeyd edib.
O bildirib ki, 2025-ci ilin yanvar-may aylarında ölkəmizə 979 963 nəfər turist gəlib, bu isə keçən ilin eyni dövrü ilə müqaisədə cəmi 1,5% çoxdur:
“Turist sayının ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% artmasını “güclü irəliləyiş” adlandırmaq nə qədər doğrudur? Yeri gəlmişkən xatırladım ki, bu ilin yanvar-may aylarında Gürcüstana 2 milyondan çox turist gəlib”.