Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri aşkarlandı — ADLAR+FOTObackend

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri aşkarlandı — ADLAR+FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri aşkar olunub.

NOCOMMENT.az Bizim.Media- ya xəbər verir ki, Səfər Mehdiyev hələ Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sonradan isə sədr vəzifəsində çalışarkən Balkan yarımadası və Alp dağları ətəklərindəki kurort ərazilərdə onlarla daşınmaz əmlak biznesinə milyonlarla sərmayə yatırıb.

Həmin illərdə Səfər Mehdiyev xüsusilə Avstriya, Sloveniya və Xorvatiyanın turizm bölgələrində otellər və istirahət mərkəzləri satın alıb.


Demokrat.az Səfər Mehdiyevin 2018-2019-cu illərdə Avropa ölkələrində aldığı əmlakların bir neçəsinin adlarını oxuculara təqdim edir:

Səfər Mehdiyev yuxarıda adları qeyd olunan otellərə 2018-2019-cu illərdə sahib olub.

Sabiq komitə rəisinin “Euro Parcs Rosental” otelini 8 milyon avroya, “Bohinj Eco Hotel” otelini isə 12 milyon avroya aldığı deyilir.


Səfər Mehdiyevin Avropada aldığı əmlakları təkcə Avstriya və Sloveniya ilə bitmir, onun İtaliya və Xorvatiyada da daşınmaz əmlaklara sahib olduğu barədə araşdırmalar aparırıq. Bununla bağlı növbəti materialımızda oxuculara məlumat veriləcək.