Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti VACİB MƏLUMAT yaydı – 6 ay müddətinə hərbi xidmətə….backend

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti VACİB MƏLUMAT yaydı – 6 ay müddətinə hərbi xidmətə….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda virus hepatiti, qarın yatalağı, paratiflər keçirmiş vətəndaşların hərbi xidmətə yararlı olub-olmaması əsas müzakirə olunan məsələlərdən biridir.

 

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Modern.az-a açıqlama verilib.

Bildirilib ki, virus hepatiti, qarın yatalağı, paratiflər keçirmiş vətəndaşlar hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü daxil olan zaman stasionar müalicədən sonra 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar.

“Hepatit B, hepatit C və digər hepatotrop hepatitlər virusu daşıyıcıları hərbi xidmətə yararlı hesab edilirlər”, – açıqlamada qeyd edilib.