Səfərbərlikdən tərxis olunan jurnalistdən ilk paylaşımbackend

Səfərbərlikdən tərxis olunan jurnalistdən ilk paylaşım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfərbərlikdən tərxis olunan jurnalist Aqşin Kərimov “Facebook” hesabında Vətən müharibəsi ilə bağlı paylaşım edib.

NOCOMMENT.az təxris olunan jurnalistin postunu təqdim edir:

“Vətən Müharibəsində iştirak etdik, çətinliklər gördük, intensiv artilleriya atəşlərinə məruz qaldıq, ölümlə üzləşdik, çöldə, soyuq havada qaldıq, torpağın üstündə, palatkalarda yatdıq. Amma heç zaman narazılıq etmədim, bütün komandalara həm psixoloji, həm də fiziki baxımdan hazır oldum, hücum üçün hazırlanan bütün öndə gedəsi olacaq qruplara yazıldım. O başqa məsələ ki, bizi açıq döyüşə salmaq üçün komandalar verilsə də, sonradan geri götürüldü.

Detallara varmadan onu deyim ki, müharibə bitən günü ən ağır və çətin döyüş tapşırığını icra edəcəkdik, lakin tale elə gətirdi ki, həmin gün müharibə qurtardı. Bu yazdıqlarım mənim həyatımdakı müharibə səhifəsinin qısa fraqmanetləridir.

Nəhayətdə dekabrın 26-da ordu sıralarından tərxis edildim, sağ-salamat, başıuca, qalib ordunun əsgəri kimi, qürurlu şəkildə evimə, ailəmin yanına qayıtdım. Bunu digər hərbi xidmətdə olanlara da arzu edirəm.

Şəhidlərə rəhmət, qazilərə şəfa diləyirəm. Bu müharibədə qanla yazılan səhifənin ən əsas qəhrəmanları isə şəhidlərdir! Ruhunuz qarşısında, baş əyirəm”.