Səfərbərlikdən yayınmaq üçün ruslar təyyarə biletinə 27 min dollar ödəyirlərbackend

Səfərbərlikdən yayınmaq üçün ruslar təyyarə biletinə 27 min dollar ödəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinin ötən həftə ölkədə qismən səfərbərlik elan etməsi rus xalqında panika və narahatlığa səbəb olub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bundan sonra Rusiya vətəndaşları viza tələb etməyən Türkiyə, Azərbaycan və Ermənistana qaçmaq üçün həm hava limanlarına, həm də şəxsi avtomobilləri ilə sərhədlərə axın ediblər.

Qeyd olunub ki, çox bahalı təyyarə biletlərinə belə pul xərcləyən hərbi xidmətə yararlı ruslar bu cür biletlər tapa bilmədikdə daha çox xərcləməkdən çəkinmirlər. Belə ki, Rusiya vətəndaşlarının hərbi xidmətdən yayınmaq üçün şəxsi təyyarə kirayə etdikləri ortaya çıxıb. İddia olunur ki, bunun üçün 27 min dollar pul verən ruslar kirayə etdikləri təyyarələrlə yuxarıda qeyd edilən ölkələrə qaçırlar.

Şəxsi təyyarə kirayə verən şirkətlər tələbatın son günlərdə artdığını bildiriblər. Qeyd olunur ki, belə təyyarələrdə bir oturacağın qiyməti 21 min 500 dollarla 27 min dollar arası dəyişir.

“Gün ərzində normalda 50 tələb gəlirdi, lakin indi bir gündə 5 min insan bizə müraciət edir. İndi baş verənlər tam bir dəlilikdir”, – deyə “Your Charter” şirkətinin direktoru Yevgeni Bıkov bildirib.