Səfərbərliklə cəlb edilən bəzi şəxslərə niyə “Müharibə veteranı” adı verilməyib?- AÇIQLAMAbackend

Səfərbərliklə cəlb edilən bəzi şəxslərə niyə “Müharibə veteranı” adı verilməyib?– AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyi son günlər vətəndaşların sosial şəbəkələr vasitəsi ilə “Müharibə veteranı” adının verilməsi ilə bağlı yayımlanan müraciətlərinə cavab verib.

Müdafiə Nazirliyindən NOCOMMENT.az-a bildirilib ki, bəzi şəxslər “Müharibə veteranı” adının verilməsi ilə bağlı əsassız tələblərini sosial şəbəkələrdə yayımlamaqla ictimaiyyəti çaşdırmağa və aidiyyəti qurumlara sosial təsir göstərməklə məsələnin həllinə nail olmağa çalışırlar.

“Bildiririk ki, səfərbərliklə cəlb edilən bəzi vətəndaşlar tamamlama məntəqələrində olduqları üçün birbaşa döyüş əməliyyatlarında iştirak etmədiklərinə görə onlara “Müharibə veteranı” adının verilməsi Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun deyil.

Qeyd edək ki, bu mövzu ilə bağlı vətəndaşlardan daxil olan bütün müraciətlər əsasında məlumatların araşdırılması və qeydlərin düzgünlüyünün dəqiqləşdirilməsi işi davam etdirilir”, -deyə MN-dən bildirilib.