Səfərbərliyə yazılan nazir oğlanları və şəhid daxmasıbackend

Səfərbərliyə yazılan nazir oğlanları və şəhid daxması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üç gündür sosial şəbəkələrdə yuxarıda təqdim etdiyimiz fotonun şəhid dəfni olan hissəsi dolaşır. Bu, şəhidimiz Əfqan Həmzəyevin böyüdüyü daxmanın fotosudur. O, evin tək oğlu idi. İndi bu daxmanın ocağı sönüb…

İnternetdə axtarış versəniz onlarla şəhidlərimizin məhz belə şəraitsizlikdə böyüdüyü haqda qarşınıza fotofaktlar çıxar. Bəlkə də bu şəraitsizlikdə övlad böyütməyin nə qədər çətin olduğunu düşünən valideyinlər “elə bir oğulu qayğısız böyütsək bəsdir” deyə düşündükləri üçün onlar tək olurlar. Və bir gün həmin daxmanın bomboş qaldığını, buza döndüyünü görürlər.

Yuxarıdakı fotonun sol tərəfindəki isə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun övladları – Tale və Nicat Heydərovlardır.

NOCOMMENT yenisabah-a istinadən xatırladır ki, ötən il Tovuz hadisələrində Bakıda, bölgələrdə küçə aksiyaları keçirilirdi. O zaman Ali Baş Komandan çıxışında təklif etdi ki, küçəyə çıxmaqdansa, gedib səfərbərlik xidmətində könüllü yazılsınlar və gözləsinlər.

Yəqin yadınızdadır, məmurlar, məmur övladları, deputatından tutmuş müğənnisinə kimi prezidentin bu tövsiyəsindən sonra səfərbərlik idarəsinin qarşısında basabas salmışdılar. Kəmaləddin Heydərovun oğlanları da bu çağırışa qoşulub şou göstərmişdilər. İkisi birdən adını yazdırmışdı siyahıya. Onların müharibəyə gedib-getməməkləri haqda məsələni bir tərəfə qoyaq. Görəsən, səfərbərlik idarəsindən heç onlara zəng edib deyən oldumu ki, siz adınızı yazdırmısınız, indi vətən çağırır, gəlin!?