Səfir ABŞ-ı Rusiyada etnik ədavəti dəstəkləməkdə ittiham edibbackend

Səfir ABŞ-ı Rusiyada etnik ədavəti dəstəkləməkdə ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiyada dinlər və etnik qruplar arasında nifaq salmağa əbəs yerə çalışır.

NOCOMMENT.az xəbər verir ki, bunu TASS-a Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“Aydındır ki, Vaşinqton insan haqları gündəmi arxasında gizlənərək növbəti dəfə boş yerə ölkəmizdə vəziyyəti pozmağa, müxtəlif etnik qrupların və dinlərin nümayəndələri arasında nifaq salmağa çalışır. Administrasiyanın dini etiqad azadlığına hörmətlə yanaşmasının nəyə gətirib çıxardığını hamı bilir”, – Antonov bildirib.

Belə ki, rusiyalı diplomat Dövlət Departamentinin dünyada dini etiqad azadlığı ilə bağlı illik hesabatında bu məsələ ilə bağlı Rusiyaya qarşı hücumları şərh edib.