İran oktyabrın 1-də baş verən raket hücumuna cavab olaraq İsrailin zərbəsi endirəcəyi təqdirdə güclə cavab verməyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bunu İranın Türkiyədəki səfiri Həsən Həbibollazadə deyib.
“Bu andan etibarən İranın sağlam düşüncə prinsiplərinə sadiq qaldığı dövr başa çatdı. İsrail İrana hücum edərsə, sərt hərbi cavab alacaq. İran müharibənin yayılmasını istəyən ölkə deyil. Biz Livan və Fələstində atəşkəs əldə olunmasını istəyirik, lakin bu ölkələrin və əhalinin hüquqlarının qorunması şərti ilə”, – diplomat bildirib.
Həbibollazadə üçüncü ölkələri də İsraillə İrana qarşı birgə zərbələrdə iştirak etməməyə çağırıb. Onun sözlərinə görə, əks halda Tehran onları güc yolu ilə dəf etməyə hazır olacaq.