Birləşmiş Ştatlar Cənubi Koreyadakı vəziyyətin dinc və konstitusiya yolu ilə həllini dəstəkləyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın Respublikadakı səfiri Filip Qoldberq Yonhap xəbər agentliyinə məlumat verib.
O qeyd edib ki, ABŞ çərşənbə gecəsi Cənubi Koreyada baş verən hadisələrdən təəccüblənib və narahat olub. Səfir əlavə edib ki, ABŞ ilk növbədə demokratiyanı və Koreya xalqını dəstəkləyir.
Qeyd edək ki, dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Sok Yol respublikada hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. O, bu qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünün kəsilməsi və azad konstitusiya quruluşunun qorunmasının” zəruriliyi ilə izah edib, jurnalistlər isə dövlət başçısının hərəkətlərini siyasi rəqiblərinin ona qarşı impiçment proseduru həyata keçirmək cəhdləri ilə əlaqələndiriblər.