Səfir: Rusiyadan Yunanıstana kütləvi turizm keçmişdə qalıbbackend

Səfir: Rusiyadan Yunanıstana kütləvi turizm keçmişdə qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadan gələn turist axınının azalması Yunanıstanın hər il 1 milyard avro itirməsinə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, bunu RİA Novosti agentliyinə Rusiyanın Afinadakı səfiri Andrey Maslov deyib.

“Rusiyadan Yunanıstana kütləvi turizmə gəlincə, bu, keçmişdə qalıb. Afinadan Moskvaya və Moskvadan Afinaya birbaşa reyslər ləğv edildikdən və Aİ ölkələri yerli bankların kartlarını blokladıqdan dərhal sonra Yunanıstana maraq kəskin şəkildə azalıb”, – diplomat qeyd edib.

Eyni zamanda o, turist axınının azalması səbəbindən Yunanıstanın hər il 1 milyard avro itirdiyinə diqqət çəkib.

Maslovun sözlərinə görə, 10 ayda Yunanıstana cəmi 15 min rusiyalı turist gəlib. Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə Yunanıstana 1,3 milyon rusiyalı səfər edib.