Səfir – Ukraynaya indi NATO üzvlüyü deyil, silah lazımdırbackend

Səfir – Ukraynaya indi NATO üzvlüyü deyil, silah lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hazırda NATO-ya üzv olmağa çalışmır və münaqişə bitdikdən sonra bu məsələni müzakirə etməyə hazırdır.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar “Yeni Şafak” qəzetinə deyib.

“Biz istəyirik ki, NATO-ya daxil olmağımız üçün şərtlər müəyyən edilsin, bizə bir tarix verilsin. Hazırda Ukraynanın alyansa qoşulmaq tələbi yoxdur”, – səfir bildirib.

Vaşinqtonda keçirilən NATO liderlərinin sammitində Kiyev mümkün üzvlük tarixi ilə bağlı cavab almaq istəyir, Bodnar qeyd edib ki, Ukrayna münaqişədən sonra alyansa üzvlük məsələsinə qiymət verilməsini istəyir.

Eyni zamanda o, əlavə edib ki, Ukrayna tərəfi israr etmir və hazırda ona “yalnız silah lazımdır”.