Yunanıstan hakimiyyətinin Rusiya qazı ilə bağlı verdiyi qərarların əvəzini yunan xalqı ödəməlidir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın Afinadakı səfiri Andrey Maslov bildirib.
Diplomatın RİA Novosti ilə söhbətində qeyd etdiyi kimi, Yunanıstan hakimiyyəti Rusiyadan gələn qazdan imtina etmək məqsədini daim açıq şəkildə vurğulayır və artıq bəyan etdikləri məqsəd çərçivəsində başqa ölkələrdən daha bahalı LNG almağa çalışıb.
“Yunanıstan vətəndaşları həddindən artıq qaz və işıq pulunu ödəməyə məcbur olublar”, – deyə o vurğulayıb.
Eyni zamanda, səfir Yunanıstanın DESFA qazpaylayıcı şirkətinin məlumatlarına istinadən qeyd edib ki, 2024-cü ildə Yunanıstanın enerji balansının təxminən 60%-i Rusiya qazının payına düşür.
Daha əvvəl Maslov bəyan etmişdi ki, Yunanıstan hakimiyyəti siyasi səbəblərə görə Rusiya qazından imtina edərsə, “çıxmağa” hazır olmalıdır.