SƏFİRLİK: Azərbaycanlı tələbə qətlə yetirilibbackend

SƏFİRLİK: Azərbaycanlı tələbə qətlə yetirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan vətəndaşı Timur Valeri oğlu Qavrilov iyunun 13-də təhsil aldığı Rusiyanın Volqoqrad şəhərində qətlə yetirilib.

NOCOMMENT.az Azərbaycanın Rusiyadakı səfirliyinin yaydığı məlumata istinadən bildirir ki, səfirlik bununla bağlı Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinə rəsmi məktub göndərib.

Məlumatda vurğulanıb ki, iyunun 14-də mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin müstəntiqləri ilə əlaqə saxlanılıb. Hadisə ilə bağlı cinayət işi başlanılıb və məsələ səfirliyin ciddi nəzarəti altındadır.

İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək.