Səfirlik: Rusiyanın heç bir rəsmi şəxsi Babayanla görüşməyibbackend

Səfirlik: Rusiyanın heç bir rəsmi şəxsi Babayanla görüşməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Rusiyadakı səfirliyi Azərbaycan ərazisindəki qondarma rejimin xarici işlər naziri David Babayanın Rusiyaya “işgüzar” səfərinə münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, bu barədə Azərbaycan səfirliyi açıqlama yayıb.

Açıqlamada deyilir: “Rusiya tərəfindən daxil olmuş rəsmi məlumata əsasən bildiririk ki, yuxarıda adı çəkilən şəxsin göstərilən tarixlərdə Rusiya ərazisində olması şəxsi məqsədlərlə əlaqədar olub, bu səbəbdən də tirajlanan “işgüzar səfər” xəbərləri həqiqəti əks etdirmir.

Burada keçirdiyi bütün görüşlər şəxsi xarakter daşıyıb və Rusiyanın heç bir rəsmi şəxsi onunla görüşməyib.

Səfirlik bir daha vurğulayır ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslər Rusiya ərazisinə Ermənistan Respublikasının pasportu ilə daxil olurlar, belə “səfərlər” barədə yayılan xəbərlər təxribat xarakteri daşıyır, məqsədi ictimaiyyəti çaşdırmaq və Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır”.