Şəhəri bir-birinə qatan sürücü həbs edildibackend

Şəhəri bir-birinə qatan sürücü həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda piyadaya yol vermədiyi üçün Dövlət Yol Polisinin qanuni “Saxla” əmrinə tabe olmayan sürücü 20 sutkalıq həbs edilib.

NOCOMMENT.az  xəbər verir ki, bu barədə oxu.az-a Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, sürücü barəsində lazımı tədbir görülüb:

“Sürücüyə 20 sutka həbs verilib. O, sürücülük hüququndan müəyyən müddətə məhrum edilib”.