Səhhəti pisləşdiyi deyilən Artur Rasi-zadə DANIŞDIbackend

Səhhəti pisləşdiyi deyilən Artur Rasi-zadə DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın sabiq baş naziri Artur Rasi-zadə səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

NOCOMMENT bildirir ki, modern.az-a danışan 86 yaşlı A.Rasi-Zadə bildirib ki, hazırda sağlıq durumu çox yaxşıdır və narahat olmağa heç bir əsas yoxdur:

“Kefim də yaxşıdır, səhhətim də… Hətta lap əlayam”.

Artur Rasizadə deyib ki, doğrudan da bu günlərdə xaricdə – Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub. Amma artıq Bakıya dönüb və hazırda evində dincəlir. O, Dubaya nəvələri ilə bir həftəliyə gedibmiş.

Xatırladaq ki, KİV-də  sabiq baş nazirin hazırda Bakı şəhərində olmadığı, səhhətində yaranmış narahatlıqla əlaqədar xarici ölkələrin birində müalicə olunduğu barədə məlumatlar yayılmışdı.