Şəhid adının əbədiləşdirilməsinə dair yeni QANUN LAYİHƏSİbackend

Şəhid adının əbədiləşdirilməsinə dair yeni QANUN LAYİHƏSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda mövcud olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun ən uzunömürlü qanundur”.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

O bildirib ki, bu qanun 1993-cü ildə ulu öndərin dövründə qəbul edilib:

“Milli Məclisə yaxın zamanlarda şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərlə bağlı yeni qanun layihəsi daxil olacaq. Yeni qanunda bütün məsələlər cəmləşəcək”.