Şəhid ailə üzvlərinin 126,4 min borcu silinibbackend

Şəhid ailə üzvlərinin 126,4 min borcu silinib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il “YAŞAT” Fondu tərəfindən istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 905, itkin ailə üzvlərinin 3 və yaralıların 1,3 min müraciəti olmaqla ümumilikdə 2,2 min müraciət təmin edilib.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, müraciətlərin təmin edilməsi üçün Fondun büdcəsindən 688 min manat vəsait aidiyyəti üzrə sərf edilib.

Fondun təşəbbüsü ilə şəhid ailə üzvlərinin 126,4 min manat həcmində borc öhdəliyi bank və qeyri-bank təşkilatları tərəfindən ödənilib.