Şəhid ailələri, qazilərlə bağlı qərarda DƏYİŞİKLİKbackend

Şəhid ailələri, qazilərlə bağlı qərarda DƏYİŞİKLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyasının yaradılması barədə” Qərarda dəyişiklik edilib.

NOCOMMENT xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda bildirilib ki, “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyasının yaradılması barədə” Nazirlər Kabinetinin 2021-ci il 2 oktyabr tarixli 289 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1158) 1-ci hissəsinin “Komissiyanın üzvləri” bölməsinin səkkizinci abzası aşağıdakı redaksiyada verilsin və doqquzuncu-iyirminci abzasları ləğv edilsin: “yerli icra hakimiyyəti başçılarının birinci müavinləri və ya müavinləri”.

Dəyişikliyə əsasən, yerli icra hakimiyyəti başçılarının birinci müavinləri və ya müavinləri Komissiyanın üzvləri olacaq.