Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundubackend

Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Bakının Ramana qəsəbəsində daha 50 mənzil şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlillərinə təqdim edilib.

Agentlikdən NOCOMMENT.az-a verilən məlumata görə, tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov və Mina qurbanlarının Sosial-İqtisadi Problemlərinin həllinə Kömək İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov iştirak ediblər. Müqəddəs Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edən Z.İbrahimov Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısından bəhs edib.