Şəhid anası intihar etdi: Binaya daxil olan kimi icra başçısı aradan çıxırbackend

Şəhid anası intihar etdi: Binaya daxil olan kimi icra başçısı aradan çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Ikinci Qarabağ müharibəsində yeganə övladını itirən Vüsalə Məmmədova bu gün, oktyabrın 26-da dərman içərək intihar edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Turan”a V.Məmmədovanın yaxınları bildiriblər.

Yaxınlarının dediklərinə görə, o, hazırda Gəncədə yerləşən 3 saylı xəstəxanada yatır, durumu çox ağırdır.

Qohumlar bildirirlər ki, 2020-ci il oktyabrın 17-də Kəlbəcər uğrunda gedən döyüşlərdə 21 yaşında şəhid olan Azər Həsənovun anası hazırda kirayədə qaldığı mənzilin pulunu ödəyə bilmir.

“Bir il ərzində Gəncə icra hakimiyyətinin başçısı Niyazi Bayramova dəfələrlə müraciət etməsinə baxmayaraq onu qəbul etməyib. Şəhidimizin nənəsi ilə telefonla danşdım. Deyir ki, “qızım bezdi, adamı nə qədər aldadarlar. Hər dəfə qızımı qəbul edəcəyinə söz verən icra başçısı qızım binaya daxil olan kimi aradan çıxır və köməkçiləri “başçı burda yoxdur, gedin başqa vaxt gələrsiniz” deyir. Dərdimizi kimə deyək?”” deyə V.Məmmdovanın anası bildirir.

Şəhid yaxınları rica edirlər ki, bu status paylaşılsın və ən azından bu zülmün ağırlığı altında inləyənlərin səsini çatdırmağa cəhd olunsun.

“İşğaldan azad olunmuş bölgələrdə forslanıb poza verənlər, hərdən evinin çırağı sönən anaları da xatırlayın. O, anaların min bir əziyyətlə böyütdüyü övladlarının qanı forsla gəzdiyiniz torpaqlarda qurumayıb hələ”, deyə şəhid yaıxnlarını etirazlarını ifadə edirlər.