Şəhid anası nazirə səsləndi: Oğlumun məzarının ziyarətinə kömək edin – VİDEObackend

Şəhid anası nazirə səsləndi: Oğlumun məzarının ziyarətinə kömək edin – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci Qarabağ savaşında şəhid olan Cəbrayıl rayon sakini Mehman Elman oğlu Həsənovun anası Şəfiqə Həsənova yenisabah vasitəsilə Daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

NOCOMMENT xəbər verir ki, şəhid anası müraciətində 1992-ci ildə Cəbrayılda şəhid olan və elə orda dəfn edilən oğlu Mehman Həsənovun məzarını ziyarət etmək istədiyini deyib. Artıq yaşlandığını və səhhətində problemlər olduğunu deyən Şəfiqə ana şəhid oğlunun məzarını ziyarət etmək üçün çox nigaran olduğunu bildirib:

“Biz 1992-ci ildə Cəbrayıldan köçkün düşmüşük. O vaxtdan Sumqayıtda və sonra Bakıda yaşıyırıq. Birinci Qarabağ savaşında iki oğlum döyüşürdü. Mehman 1992-ci ildə şəhid oldu. Elə Cəbrayılda da dəfn etdik. Köçkünlük dövründə – 29 ildir oğlumun məzarını ziyarət edə bilmirdim. Şükür Allaha ki, Ali Baş Komandanımızın sayəsində müzəffər ordumuz digər rayonlarımız kimi Cəbrayılı da işğaldan azad etdi. Bu azadlığın içində mənim şəhid oğlum Mehmanın da mənfur düşmənlərimiz tərəfindən dağıdılmış məzarı var. Buna görə bir şəhid anası kimi qəhrəman əsgərlərimizə minnətdarlığımı bildirirəm.

Mehmanın məzarını ziyarət edə bilmədiyim üçün çox nigaranam. Yaşlı adamam, səhhətimdə problemlər var, qorxuram ki, o günü görməyəm. Ona görə sizin vasitənizlə hörmətli Daxili işlər nazirimiz general-polkovnik Vilayət Eyvazovdan kömək istəyirəm. Cənab nazir, xahiş edirəm, oğlumun məzarını ziyarət etməyim üçün müvafiq tapşırıq verəsiniz”.