Şəhid anası vəfat etdi – FOTObackend

Şəhid anası vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsi şəhidi Sadiqov Rəsul Həşim oğlunun anası Elnarə Sadıqova vəfat edib.

NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki,bu barədə sosial şəbəkədə məlumat verilib.

Bildirilib ki, Elnarə Sadıqova xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Sadıqov Rəsul Həşim oğlu 2001-ci il martın 3-də Bakı şəhərində dünyaya gəlib. 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib.

2020-ci il 10 oktyabrda Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub.

O ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!