Şəhid atası oğlunun nəşi gətirilərkən vəfat etdibackend

Şəhid atası oğlunun nəşi gətirilərkən vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Ermənistan ordusunun genişmiqyaslı təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Vadim Qocayevin atası Alik Qocayev vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, 25 yaşlı şəhidin nəşi ailəsinə təhvil verilərkən atası ürəktutmadan dünyasını dəyişib.

V.Qocayev Vətən Müharibəsinin iştirakçısı olub. Ailəli idi, bir qız övladı yadigar qalıb.

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.