Şəhid jurnalistlərin xatirəsinə müsabiqə elan olundubackend

Şəhid jurnalistlərin xatirəsinə müsabiqə elan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MediaTürk TV şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə türkdilli dövlətlərin jurnalistləri arasında “Qırmızı Mürəkkəb” TV jurnalistika müsabiqəsi elan edir.

NOCOMMENT.az xəbər verir ki, müsabiqə iki nominasiyada – ən yaxşı telereportaj və ən yaxşı sənədli televiziya filmi nominasiyalarında keçirilir.

Süjet və sənədli televiziya filmlərinin məzmunu işğal, müharibə, münaqişə və təbii fəlakətlərin acı nəticələri, onların meydana çıxardığı insan faciələrini əhatə etməlidir.

Müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan televiziya və onlayn TV jurnalistləri iştirak edə bilər.

MÜSABIQƏYƏ MÜRACIƏT FORMASI:

Süjet və sənədli filmlər MP4 (H264 – 1920 x 1080) formatında wetransfer.com vasitəsilə [email protected] ünvanına göndərilir.

İştirakçılar 2021-ci il yanvarın 1-dən 2021-ci il oktyabrın 30- na qədər yayımlanmış süjet və sənədli filmlərini müsabiqəyə təqdim edə bilərlər. Sənəd qəbulu oktyabrın 30-də başa çatacaq.

MÜSABIQƏDƏ İŞTİRAK ÜÇÜN ELEKTRON MƏKTUB

Məktubda aşağıdakı məlumatlar yer alır:

Adı, Soyad, Ata adı
Çalışdığı media orqanı
Müraciət etdiyi nominasiya
İş ünvanı
İş telefonu
Mobil telefon (WhatsApp və ya Telegram olan)
E-mail ünvanı:
İştirakçılar haqqında məlumatlar [email protected] ünvanına göndərilir

MÜSABİQƏNIN MÜKAFAT FONDU

Müsabiqədə hər nominasiya üçün 3 yer və 3 mükafat nəzərdə tutulub:

I Yer – 2 min

II Yer – min

III Yer – 700

MÜSABİQƏ İLƏ BAĞLI ƏLAQƏ:

TELEFON: (+ 994 12 497 87 42); (+ 994 50) 999 66 56

E-mail: [email protected]

Müsabiqənin qalibləri 8 Noyabr – Zəfər Günü elan olunacaq.