Şəhid olduqdan 6 gün sonra əkizləri doğuldubackend

Şəhid olduqdan 6 gün sonra əkizləri doğuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olan Səbuhi Əliyevin şəhadətindən 6 gün sonra əkiz övladları dünyaya gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Körpələr qızdır və çəkiləri 1950 və 2000 qramdır.

S. Əliyevin yeni doğulan körpələrdən əlavə daha iki övladı da var.

Qeyd edək ki, şəhid MAXE Vətən müharibəsində də iştirak edib. O “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.