Şəhid Orxan Əsgərovun dəfn olunacağı yer və vaxt məlum olubbackend

Şəhid Orxan Əsgərovun dəfn olunacağı yer və vaxt məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhid Orxan Əsgərovun dəfn olunacağı yer və vaxt məlum olub.

NOCOMMENT Trend-ə istinadən xəbər verir ki, şəhid Orxan Əsgərov bu gün saat 12:00-da II Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Yanvarın 29-da isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib.

Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyə edilib.