Şəhid Orxanla Rza Talıbov… Maraqlı faktbackend

Şəhid Orxanla Rza Talıbov… Maraqlı fakt

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı şəhid olan Orxan Əsgərovun yas mərasimində Naxçıvan MR-in keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbovun da iştirak etməsiictimaiyyətdə maraq doğurub.

NOCOMMENT Globalinfo.az-a istinadən xəbər verir ki, onlar tələbə yoldaşı olublar.
Belə ki, həm Rza Talıbov, həm də Orxan Əsgərov 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr təhsili alıblar.
Onları tanıyan şəxslər də tələbə yoldaşı olduqlarını bildiriblər.
Qeyd edək ki, ötən gün Orxan Əsgərovun Yeni Yasamal qəsəbəsində təşkil olunan yas mərasimində deputatlar, hökumət nümayəndələri də iştirak edib. Onların arasında Naxçıvan MR-in keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov da olub.