Şəhid Polad Həsimovun anasının danışmasına səbəbkar kimdir – Təxribatmı, yoxsa laqeydlik?!backend

Şəhid Polad Həsimovun anasının danışmasına səbəbkar kimdir – Təxribatmı, yoxsa laqeydlik?!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təxribat” ?! Yox, laqeydlik və biganəlik.

Ötən statuslarda yazdığım kimi bu səfər də deyim ki, Azəbaycan xalqına və dövlətçiliyinə əsas zərbəni vuranlar xarici qüvvələr, üzdə olan müxalifət deyil, hakimiyyətdə olan məmurlardır.

O məmurlar ki, yanlış təqdimatlar nəticəsində vəzifədədir. O məmurlar ki, vəzifənin yaradığı komfort əhatə dairəsi onları sadə xalqdan çox uzaqlaşdırıb. O məmurlar ki, damarlarında erməni qohumluğundan elə erməni qanı axır. O məmurlar ki, artıq 10-15 ildən artıq vəzifədə qalaraq 7 nəslinə “gün ağlayıb”. Nəhayət o məmurlar ki, milli şüura, təfəkkürə və dəyərlərə dırnaqarası baxaraq xalqdan çox uzaqlaşanlardır.

Şəhid Polad Həşimovun anasını bu həddə çatdıran məmurlar ifşa olunmalıdır. Çünki bu məsələ zatən 2 ilə yaxındır xalq arasında danışılmaqdadır. Əminəm ki, ölkə başçısı bu məsələni belə buraxmayacaq.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova NOCOMMENT.az-a ötən müsahibələrində Raqufun dəfn mərasimində Müdafiə Nazirliyindən rəhbər şəxslərdən heç kəsin iştirak etmədiyini bildirmişdi:

“Raqufun dəfn mərasimində Müdafiə Nazirliyinin bir nəfər belə olsun rəsmisi iştirak etmədi. Hansı ki, Raquf Orucov aprel döyüşlərində şəhid olmuş yeganə hərbi hissə komandiri idi. Lakin, xalq Raqufu sevgi və böyük izdiham ilə dəfn etdi. Bu gün də insanların, Azərbaycan xalqının sevgisi bizə böyük dəstəkdir və ədalət mütləq yerini tapacaqdır”.

Hətta Sumqayıtda yaşadığı binaya xatirə barelyefi belə şəhidin həyat yoldaşı Sevinc xanımın maliyyə vəsaiti hesabına vurulub. Axı niyə?!

Bu kimi hallar araşdırılmadıqca, cavabdeh məmurlar cazalanmadıqca insanlar danışacaq, biz də “xarici qüvvələr” və “təxribatçılar” axtarışında olacağıq.

Səbəbkar isə bu “təxribat” dumanında gözdən itməyi və maskalanmağı bacaracaq…

İlham Məmmədov