Şəhid polkovnik dəfn olunubbackend

Şəhid polkovnik dəfn olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub.

NOCOMMENT xəbər verir ki, şəhid polkovnik Babək Səmidlinin Göyçay şəhərində dəfn mərasimi keçirilib.

Vida mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin əməkdaşları, Göyça Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin ruhuna dualar oxunub və onun döyüş yoldaşları çıxış ediblər.

Korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.