Şəhid Ülvi Bağırovla vida mərasimi keçirilir – Fotolarbackend

Şəhid Ülvi Bağırovla vida mərasimi keçirilir – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlunun nəşi bu gün doğulduğu Salyan rayonuna gətirilib.

NOCOMMENT.az AZƏRTAC-a istinadən xəbər verir ki, şəhidlə boya-başa çatdığı evdə vida mərasimi keçirilib. Cənazə namazı qılınıb və bütün şəhidlərin ruhuna dualar oxunub.

Vida mərasimində Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəsmiləri, veteran və qazilər, şəhidin döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanmış Ü. Bağırov aprelin 7-də müalicə olunduğu tibb müəssisəsində vəfat edib.