Şəhid xanımın atası vəfat etdibackend

Şəhid xanımın atası vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci Qarabağ müharibəsində şəhid olan Ceyran Abdullayevanın atası Səyyaf Qarayev vəfat edib. Bu barədə onun yaxınları sosial mediada məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Pravda.az məlumat yayıb.

Onun Zərdab rayonunda dünyasını dəyişdiyi bildirilir.

Abdullayeva Ceyran Səyyaf qızı 1962-ci ildə Zərdabda anadan olub.

O, 836-cı hərbi hissədə xidmət edib. 1992-ci ilin avqustunda Ağdam uğrunda döyüşlərdə şəhid olub. Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn olunub.