Şəhidimizin adına salınan bulağın açılışı oldu – Fotobackend

Şəhidimizin adına salınan bulağın açılışı oldu – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay şəhərində Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Vidadi Xəlilovun adına bulaq və ev muzeyinin açılışı olub.

NOCOMMENT.az  Axar.az-a istinadən verdiyi x əbərə görə, açılışda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları və qohumları iştirak ediblər.

Mərasimdə şəhid polkovnik-leytenant Vidadi Xəlilovun göstərdiyi böyük şücaətlərdən danışılıb.

Bulağın ətrafında yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. Daha sonra şəhidin ev muzeyinə baxış keçirilib. Ev muzeyində şəhid polkovnik-leytenant V.Xəlilovun şəxsi əşyaları, hərbi forması, şəkilləri saxlanılır.

Xatırladaq ki, şəhid Vidadi Xəlilov 31 oktyabr 2020-ci il tarixində Laçın uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.