Şəhidimizin xanımı universitetə qəbul oldu – FOTObackend

Şəhidimizin xanımı universitetə qəbul oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova da tələbə adını qazanıb.

NOCOMMENT.az xəbər verir ki, şəhidin xanımı “Facebook” hesabında paylaşım edərək “Odlar Yurdu” Universitetinin “Mühasibat” fakültəsinə daxil olduğunu bildirib.

“Oxumaq heç zaman gec deyil. Tələbə adını qazandım. Qəbul olan hər kəsi təbrik edirəm. Ruhun şad olsun, Farizim. Mənə olan dəstəyin, köməyin nəticəsində bu uğurlara imza atıram. Şəhidin dünyaya təsiri bu olsa, gərək…”

Qeyd edək ki, Fariz Həsənov oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. O, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.