Şəhidin ailəsi kirayədə qaldığı evindən qaynata ocağına sığındıbackend

Şəhidin ailəsi kirayədə qaldığı evindən qaynata ocağına sığındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın erməni işğalında olan torpaqlarının geri alınması istiqamətində sentyabrın 27-dən başlayan Vətən Müharibəsi zamanı Gizir Məmmədov Pərvin Rza oğlu da hər bir azərbaycanlı kimi döyüşlərə qatılır. Oktyabrın 1-dən 2-nə keçən gecə gedən ağır döyüşlərdə maşın komandiri Gizir Pərvin Məmmədov ağır yaralanaraq şəhidlik zirvəsinə yüksəlir.

NOCOMMENT.az-a məlumat verən şəhidin həyat yoldaşı Məmmədova Urfana Marif qızı bildirir ki, ailə iki azyaşlı, 4 yaş və 1 yaş 8 aylıq qızları ilə Mingəçevirdə kirayədə qaldıqları evdə yaşayırdılar. Ailənin yeganə gəlir mənbəyi yoldaşının əmək haqqısı olduğundan ailə Mingəçevirdən Göyçay rayonunun Yeniarx kəndinə, qaynata evinə sığınmaq məcburiyyətində qalır.

Lakin təqaüdlə dolanan, elə də geniş olmayan qaynata mülkü yüksək gərginlikli elektrik xəttinə yaxın məsafədə yerləşdiyindən ailə sıxıntı keçirir. “Yağış yağanda və ya bir qədər dumanlı havada sanki bu yüksək gərginlikli elektrik xətlərində qaynaq işləri gedir”, – deyə şəhidin həyat yoldaşı bildirir.

Şəhidimizin həyat yoldaşı Urfana Məmmədova tezliklə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunacağına və Ali Baş Komandan tərəfindən bütün şəhid və qazilərin ailələrinin diqqətdə saxlanılacağına, o cümlədən onların da iki azyaşlı övladları ilə mənzil məişət şəraitinin təmin ediləcəyinə əminliyini bildirir.

Şəhid Gizir Məmmədov Pərvin Rza oğlu
Şəhid Gizir Məmmədov Pərvin Rza oğlu

Allahdan şəhidlərimizə Rəhmət, yaralılarımıza Şəfa diləyirirk.