Şəhidin azyaşlı övladı faciəvi şəkildə vəfat etdibackend

Şəhidin azyaşlı övladı faciəvi şəkildə vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, ötən axşam şəhər sakini 2017-ci il təvəllüdlü H.Cəfərlinin boğazında şokolad kağızı qalıb. O, təcili xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Müayinə zamanı məlum olub ki, yad cisim azyaşlının nəfəs borusuna düşüb və o, nəfəs ala bilmədiyi üçün həyatını itirib.

Qeyd edək ki, H.Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin övladı olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Həmid Cəfərli 2020-ci il oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. İxtisasca kəşfiyyatçı olan H.Cəfərli “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.