Müdafiə Nazirliyinin zabiti vəfat edib.
NOCOMMENT.az Cənub bürosunun verdiyi xəbərə görə, N saylı hərbi hissəsinin zabiti İsmayıl Əzimli vəfat edib.
Onun ölümünün hələlik hansı səbəbdən olduğu məlum deyil.
Mərhum zabitin atası Elman Məhərrəmov Birinci Qarabağ müharibəsində şəhid olub.
Vətən Müharibəsi iştirakçısı olan İ. Əzimli N saylı hərbi hissədə ordu sıralarında vətənə xidmət aparırdı.














